Azedu.az

Şöbə müdiri : “Bu il rekord sayda dərslik nüsxələnib”

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

28 Sentyabr 2023, 11:15
Şöbə müdiri : “Bu il rekord sayda dərslik nüsxələnib”

“Bu il rekord sayda dərslik nüsxələnib”

 

 

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.

 

“Nazirlər Kabinetinin qərarına əsasən ümumi orta təhsil səviyyəsində dərsliklər hər 4 ildən bir, tam orta təhsil səviyyəsində dərsliklər isə 5 ildən bir yenilənə bilər. Yeni tədris ili üçün 61 dərslik üzərində işləmişik. Bunlardan 37-si yeni hazırlananlardır. Digərlərinin üzərində isə təkmilləşdirilmə işləri aparılıb. Ümumilikdə bu il 318 adda dərslik məktəblərə təqdim edilib. Bu isə 7 milyon 7 yüz mindən çox nüsxə deməkdir. Sözügedən nüsxə sayı bu zamana qədər olan rekord göstəricidir” - deyə o, fikirlərini tamamlayıb.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox