Azedu.az

BŞTİ-nin tabeliyindəki məktəblərdə Bilik Günü...

Məktəblər

Maraqlı

15 Sentyabr 2023, 17:22
BŞTİ-nin tabeliyindəki məktəblərdə Bilik Günü...

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Bilik Günü ilə bağlı tədbirlər keçirilib. Tədbirlərdə BŞTİ-nin rəhbərliyi və əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının, ictimaiyyətin nümayəndələri, müəllimlər, məzunlar, valideynlər, şagirdlər iştirak ediblər.

 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib.

 

Tədbirlərdə çıxış edən müəssisə rəhbərləri yeni tədris ilində qarşıya qoyulan hədəflərdən və təhsil sahəsində aparılan islahatlardan söz açıblar. BŞTİ-nin nümayəndələri və qonaqlar yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulayıblar. Bildirilib ki, ümumi təhsil müəssisələrində ilk dərslər “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub.

 

Tədbirdə iştirak edən qonaqlar, həmçinin ilk dərs prosesini izləyiblər.

 

Qeyd edək ki, yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 481 131 şagird təhsil alacaq.

Bu ölkələr Ermənistanı silahlandırmağa başladı
Son xəbərlərDaha çox