Azedu.az

Şərqi Zəngəzur: 54 minə yaxın şagird təhsil alacaq

Məktəblər

15 Sentyabr 2023, 16:24
Şərqi Zəngəzur: 54 minə yaxın şagird təhsil alacaq

2023-2024-cü tədris ilində Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alacaq şagirdlərin sayı açıqlanıb.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, regionda fəaliyyət göstərək məktəblərdə ümumilikdə 53 min 971 şagird təhsil alacaq.

 

Yeni tədris ilində regionun ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qrupunda 2 min 499, I sinfində 3 min 788, IX sinfində 5 min 340, XI sinfində isə 4 min 93 şagird oxuyacaq.

Bu ölkələr Ermənistanı silahlandırmağa başladı
Son xəbərlərDaha çox