Azedu.az

Paytaxt məktəblisi yeni qurğu hazırlayıb

Məktəblər

Maraqlı

Elm və Təhsil Nazirliyi

Tələbə və şagird

28 Avqust 2023, 13:18
Paytaxt məktəblisi yeni qurğu hazırlayıb

Bakı məktəblisi yeni kondisioner modeli hazırlayıb.

 

AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 161 nömrəli tam orta məktəbin IV sinif şagirdi Məhəmməd Vəlilinin hazırladığı iki hissədən ibarət qurğu sabit otaq iqliminin saxlanması və isti havanın qəbul edilərək sərinləşdirilməsi funksiyasını icra edir.

 

M.Vəlili hazırladığı qurğunu daha da təkmilləşdirməyi düşünür.

 

Qeyd edək ki, texnoloji yeniliklər etmək üçün daim öz üzərində çalışan məktəbli bundan öncə yeni formada təmizləmə funksiyasını icra edən tozsoran modeli və helikopter maketi hazırlayıb.

 

Gələcəkdə robot mühəndisi olmaq istəyən M.Vəlili boş vaxtlarında müxtəlif texnologiya və məişət əşyalarının mexanizmini dərindən öyrənərək onu daha təkmilləşdirilmiş formada tətbiq etməyə çalışır.

TƏCİLİ! Rusiyada səfərbərlik başlayır - Azərbaycanlıları nə gözləyir?
Son xəbərlərDaha çox