“Təhsil aldığı müddətdə heç bir bacarıq və istedadı olmayan tələbəyə uzman adı verilmir”.
Bu barədə AzEdu.az-a tibb elmləri namizədi, doktor Rəşid Mahmudov savadlı həkimlərin yetişməsindən danışarkən bildirib.
O qeyd edib ki, indi əvvəlki dövrdəki kimi deyil. Hazırda həkimliyin bir çox sahələri olduğu üçün kim hansı sahəyə yönəlmək istəyirsə, əvvəlcədən seçim edir və o ixtisas üzrə təhsilini davam etdirir:
“Həkim olmaq istəyən tələbənin bilik və bacarığı kifayət etməzsə, bu, onun təhsil aldığı 4, 5, 6 il müddətində özünü göstərir. Xəstəxanalarda savadsız həkim yoxdur.
Çünki onlar təhsillərini uğurla başa vurduqdan sonra uzman adı alıb, həkim kimi fəaliyyət göstərməyə başlayırlar”.