Azedu.az

“Abituriyent Məsləhət Mərkəzləri”nin fəaliyyəti genişləndiriləcək

15 Avqust 2023, 09:42
“Abituriyent Məsləhət Mərkəzləri”nin fəaliyyəti genişləndiriləcək

İxtisas seçimi günlərində “Abituriyent Məsləhət Mərkəzləri”nin fəaliyyət dairəsi daha da genişləndiriləcək.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM)  məlumat verilib.

 

Bildirilib ki, abituriyentlər ixtisas seçimi ilə bağlı Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Bakı Avrasiya, Memarlıq və İnşaat Universitetlərində, Azərbaycan Dövlət Aqrar Universitetində ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. 

 

Bundan əlavə, cədvəldə verilmiş tarixlərdə rayon təhsil sektorlarında DİM-in əməkdaşları və Rayon Təhsil Sektorlarının əlaqələndiriciləri tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək. 

 

Bölgələrdə Rayon Təhsil Sektorlarında və məktəblərdə fəaliyyət göstərəcək “Abituriyent Məsləhət Mərkəzləri”nin siyahısı ilə buradan tanış ola bilərsiniz.

 

Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi 16-28 avqust tarixlərində aparılacaq.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox