Azedu.az

Lisey və gimnaziyalara sənəd qəbulu davam edir

10 Avqust 2023, 11:26
Lisey və gimnaziyalara sənəd qəbulu davam edir

Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin qəbulu davam edir.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, valideyn və ya qanuni nümayəndə övladının şəxsi işlərini avqustun 17-si saat 15:00-dək qəbul olunduğu cari müəssisəyə təqdim etməlidir.

 

Bu vaxt ərzində sənədlər lisey və ya gimnaziyalara təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılır və həmin yer II mərhələ üçün vakant olaraq təqdim edilir.

 

Qeyd edək ki, şagirdin sənədləri təhvil alınarkən valideyn və ya qanuni nümayəndə şəxsi kabinetdən elektron ərizəni çap edərək imzalamalı və şagirdin əvvəl təhsil aldığı məktəbə təqdim etməlidir.

 

Bu ərizə şagirdin əvvəl təhsil aldığı məktəbin modulundan da əldə edilə bilər.

Bu ölkələr Ermənistanı silahlandırmağa başladı
Son xəbərlərDaha çox