Azedu.az

DİQ- in esse mərhələsi üzrə apellyasiya müraciətləri...

Məktəblər

Müəllimlər və elm adamları

Məktəbə qəbul

Elm və Təhsil Nazirliyi

6 Avqust 2023, 16:13
DİQ- in esse mərhələsi üzrə apellyasiya müraciətləri...

Şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin esse mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu davam edir.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, uğur qazanmayan namizədlər //portal.edu.az/ səhifəsində qeydiyyatdan keçərək esse mərhələsi üzrə apellyasiya müraciəti edə bilərlər.

 

Müraciətlərin qəbulu avqustun 7-si saat 11:00-da başa çatacaq.

 

Xatırladaq ki, direktorların işə qəbulu müsabiqəsinin esse mərhələsində 50 faiz və daha yuxarı nəticə göstərən 274 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Bu ölkələr Ermənistanı silahlandırmağa başladı
Son xəbərlərDaha çox