Azedu.az

Bu liseyin şagirdləri yüksək nəticə göstəriblər - "QIZIl" SİNİF

Məktəblər

Tələbə və şagird

6 Avqust 2023, 13:02
Bu liseyin şagirdləri yüksək nəticə göstəriblər -

Fizika riyaziyyat və informatika təmayüllü Respublika liseyinin builki 11 B sinfinin şagirdləri ali məktəblərə qəbul imtahanından yüksək nəticə göstərib.

 

AzEdu.az xəbər verir ki, sözügedən sinifin şagirlərinin orta qəbul balı 650 baldır.

 

Belə ki, sinfin 12 məzunu Respublika Fənn Olimpiadalarının qalibi olub. 10 məzunu isə məktəbi qızıl və gümüş nişanlarla bitirib.

 

Həmçinin, sinfin 7 məzunu Dünya olimpiadalarının qalibi və başqa beynəlxalq yarışların qalibidir.

 

Azərbaycan məktəbləri arasında yeganə sinif oldu ki, 4 fəndən Beynəlxalq olimpiada qalibi olan şagirdləri oldu.

 

Bunlarla yanaşı, sinifdə dünya universitetlərinin reytinq lideri olan Massaçussets Texnologiya İnstitutuna tam təqaüdlə bakalavr qəbulu alan Fidan Qarayeva kimi vunderkind var.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox