Azedu.az

Avtobus aşıb: 11 məktəbli xəsarət alıb

5 Avqust 2023, 12:33
Avtobus aşıb: 11 məktəbli xəsarət alıb

Məktəbli avtobusunun aşması nəticəsində 11 uşaq xəsarət alıb.

 

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ABŞ-ın Aydaho ştatında baş verib.

 

Bu barədə ştatın Polis Departamenti məlumat yayıb.

 

Məlumata görə, qəza zamanı avtobusda ümumilikdə 30 nəfər olub.

 

13-18 yaşlı uşaqları yay düşərgəsinə aparan avtobusun qəzaya uğraması nəticəsində xəsarət alanlar arasında 7 nəfərin vəziyyəti ağırdır, 4 nəfər isə yüngül xəsarətlər alıb.

 

Hazırda qəzanın səbəbləri araşdırılır.

Bu ölkələr Ermənistanı silahlandırmağa başladı
Son xəbərlərDaha çox