İyulun 27-də Şəmkir rayon Heydər Əliyev Mərkəzində fərqlənmə attestatlarının təqdimetmə mərasimi keçirilib.
Bu barədə AzEdu.az-a Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin, Şəmkir Rayon İcra Hakimiyyətinin, Şəmkir rayonu üzrə təhsil sektorunun əməkdaşları, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayıb. Sonra Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər fərqlənmə attestatına layiq görülən şagirdləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.
Qeyd edək ki, Şəmkir rayon ümumi təhsil müəssisələrində təhsil alan 64 şagird fərqlənmə attestatına layiq görülüb.
Fərqlənmə attestatına layiq görülən hər bir şagirdi təbrik edirik!