Azedu.az

Yaşlı müəllimlərin sertifikasiyada könüllü iştirakı qəbuledilməzdir! - Ekspert

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

Reportaj

Müsahibə

Diaqnostik qiymətləndirmə

MİQ

Elm və Təhsil Nazirliyi

Təhsil ekspertləri

Tələbə və şagird

26 İyul 2023, 10:29
Yaşlı müəllimlərin sertifikasiyada könüllü iştirakı qəbuledilməzdir! - Ekspert

“Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən, məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilib.

 

Bəs bunun nə kimi nəticələri olacaq?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov sertifikasiya ilə bağlı yeni dəyişikliklərin doğru olmadığı qənaətindədir:

 

“Artıq parlament dəyişikliyi qəbul etmişdi, ölkə prezidentinin dünənki sərəncamı ilə təsdiq olundu. Bir mütəxəssis kimi düşünürəm ki, edilmiş dəyişiklik doğru deyil. 2020-dən işə qəbul olunanlar üçün şamil oluna bilərdi ki, bu il 3, növbəti illər isə 4 və 5 il olaraq artırılsın. Çünki MİQ-in formatı 2020-dən belə dəyişib”.

 

Açıklama yok.

 

E.Qafarov qeyd edib ki,  60 və yuxarı yaşlı müəllimlərin sertifikasiyada könüllü iştirakı qəbuledilməzdir:

 

“Eyni zamanda, 60 və yuxarı yaşlı müəllimlərin sertifikasiyada könüllü iştirakı da qəbuledilməzdir.  Azərbaycan Respublikasında əmək münasibətləri əməık qanunvericiliyi ilə ölçülür. Əmək Məcəlləsinin 16-cl maddəsində göstərilir ki, cinsinə, yaşına, sosial mənsubiyyətinə, dininə görə işçilər arasında ayı-seçkilik salmaq olmaz. Burada da yaşa görə ayrı-seçkilik məsələsi var. Düşünürəm ki, bu daha çox güzəşt xarakterlidir və təhsil sahəsində əsas prioritet şagird olmalıdır. Bu cəhətdən edilmiş dəyişiklikləri müsbət qiymətləndirə bilməyəcəyəm”.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox