Qızlardan ibarət U-16 millimiz bütün oyunlarda qələbə qazanaraq Avropa çempionu olublar.
Bu gün onlar vətənə qayıdıblar.
AzEdu.az xəbər verir ki, hava limanında təntənəli şəkildə qarşılanıblar.
U-16 qızlardan ibarət milli komandasının baş məşqçisi Evren Alkaya jurnalistlərə təəssüratlarını bölüşüb və komandanı təbrik edib.
Komandanın üzvləri Leyla Allahverdiyeva da çəkdikləri əziyyətlərin yerdə qalmadığı üçün sevincli olduğunu bildirib:
"Hər gün gündə 2 dəfə məşq edirdik, çox oyunlara gedirdik".
Səlminaz Ramazanlı da təbriklərə qoşulub:
"Bütün komandanı təbrik edirəm. Bizə güvənən xalqımıza və məşqçilərimizə təşəkkür edirəm".
Qeyd edək ki, Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunun final oyunu baş tutub.
U-16 qız millimiz və ev sahibi Andorra seçməsi arasında keçirilmiş final oyununa sürətli başlayan yığmamız, yekunda rəqibinə 57-45 hesabı ilə qalib gələrək, heç bir oyunda məğlub olmadan Avropa çempionu olub.
Məlumat üçün bildirək ki, bu çempionluq Azərbaycan qadın basketbolu adına tarixi bir ilk və çox böyük uğurdur