Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 8-9 iyul 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edib.
AzEdu.az xəbər verir ki, ümumi nəticəsi 686.4 bal olan Səmədli Nicat Sərdar oğlu II qrup üzrə 1-cidir.
O, imtahanın birinci mərhələsində 292.4 bal, ikinci mərhələsində isə 394 bal toplayıb.
Nicat Sumqayıt şəhər 24 saylı orta məktəbin məzunudur.
AzEdu.az saytı Nicatın Səmədli ilə söhbətləşib və onun imtahan təəssüratlarını öyrənib.
- Nicat, II və III qrup üzrə qəbul imtahanından respublika üzrə ən yüksək nəticəni sən toplamısan. Hansı hissləri keçirirsən?
- Təbii ki də, çox sevincliyəm. Düzü, 675-680 bal toplayacağımı təxmin edirdim, amma bu qədər yüksək olacağını gözləmirdim. Əsasən situasiyalardan balımın aşağı gələcəyini düşünürdük.
- Hansı suallarda səhv etmişdin?
- İmtahanda ən çətin suallar coğrafiyadan gəlmişdi, amma o fəndən tam nəticə qazandım. Səhvlərimin biri tarix fənnindən idi, riyaziyyatdan situasiya tipli sualdan isə 3.2 bal almışam.
- İmtahanlara özün hazırlaşmışdın, ya repetitorla?
- Repetitorla hazırlaşırdım...
- Təhsilini hansı universitetdə davam etdirəcəyinə qərar vermisən?
- Bakı Ali Neft Məktəbində tədris ingilis dilində olan biznesin idarəolunması ixtisası üzrə təhsil almaq istəyirəm.