Azedu.az

MİQ: Coğrafiyadan yüksək nəticə - 92,5 BAL

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

Diaqnostik qiymətləndirmə

MİQ

Elm və Təhsil Nazirliyi

Təhsil stendi

Tələbə və şagird

Təhsil qanunvericiliyi

12 İyul 2023, 13:15
MİQ: Coğrafiyadan yüksək nəticə - 92,5 BAL

Müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin test imtahanı mərhələsinin ilk günündə daha bir fənn üzrə yüksək nəticə qeydə alınıb.


Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.


Nazirlikdən bildirilib ki, test imtahanı mərhələsinin ikinci günündə coğrafiya fənni üzrə namizədlər arasında yüksək nəticə əldə edənlərdən biri də Daşdıyeva Aidə Şöhrət qızı olub. Belə ki, o, 92,5 bal toplayıb.

Qeyd edək ki, dünənki imtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5 430 namizəd dəvət olunub.

 

Ümumilikdə 58 000-ə yaxın namizədin iştirak edəcəyi test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək.

 

Müsabiqəyə ümumilikdə 10 min vakant yer çıxarılıb.

Bu ölkələr Ermənistanı silahlandırmağa başladı
Son xəbərlərDaha çox