Azedu.az

Şagirdlərimiz beynəlxalq olimpiadada uğur qazandılar

Məktəblər

11 İyul 2023, 12:18
Şagirdlərimiz beynəlxalq olimpiadada uğur qazandılar

3-11 iyul tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində keçirilən 34-cü Beynəlxalq Biologiya Olimpiadasında şagirdlərimiz uğurla çıxış ediblər.


Elm və Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, 76 ölkə üzrə 293 şagirdin iştirak etdiyi yarışda 4 məktəbli ilə təmsil olunan komandamız 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıb. 

 

Olimpiadada Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Zəhrabəyim Abdullayeva və Nurlan Məmmədov bürünc, Quba şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Kənan Orucəliyev isə həvəsləndirici mükafata layiq görülüb.

 

Bu ölkələr Ermənistanı silahlandırmağa başladı
Son xəbərlərDaha çox