Bu il müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqəyə hələ ki 9 mindən çox vakant yer çıxarılıb.
AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.
“İlkin rəqəmlər ondan ibarətdir ki, bizim hal-hazırda 9 mindən artıq vakant yerimiz var. Və vakant yerlər daxil olmağa davam edir. Düşünürəm ki, müsabiqənin vakansiya seçimi mərhələsinə qədər bu saylar bir az daha artacaq. Namizədlərin 8 müxtəlif vakant yeri seçmə imkanı olacaq”.
Qeyd edək ki, bu il müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 58 000-ə yaxın namizəd dəvət olunub.