“Direktorların işə qəbulu imtahanı hazırda müəllim olaraq işləyən müəllimlər üçün nəzərdə tutulur”.
AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib:
“Direktorların işə qəbulu imtahanında iştirak edən namizədlər mövcud qaydalara əsasən, hal-hazırda ümumtəhsil müəssisələrində işləyən müəllimlər arasından seçilir. Bu, hazırda sistemdə çalışan müəllimlərin karyera inkişafı baxımından da olduqca vacibdir. Bir neçə il müəllim işləmiş və daha sonra fəaliyyətinə ara vermiş müəllimlər ilk növbədə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsindən keçməlidirlər. Onlar müəllim olaraq fəaliyyətə başladıqdan sonra direktorların işə qəbulu imtahanında iştirak edə bilərlər”.