Azedu.az

MİQ-dən keçən və kənarda qalan müəllimlərə bu halda iş veriləcək - RƏSMİ

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

Diaqnostik qiymətləndirmə

MİQ

Elm və Təhsil Nazirliyi

Təhsil stendi

Təhsil qanunvericiliyi

3 İyul 2023, 11:25
MİQ-dən keçən və kənarda qalan müəllimlərə bu halda iş veriləcək - RƏSMİ

11-15 iyul tarixlərində müəllimlərin işə qəbulu müsabiqəsinin (MİQ) tedt imtahanları keçiriləcək. MİQ müsabiqəsində müvafiq keçid balını toplamasına baxmayaraq, vakant yerlər olmadığı üçün kənarda qalan xeyli namizədlər mövcuddur. Bu il də imtahanlardan sonra belə müəllimlərin sayının artacağı  istisna deyil.

 

Bəs kənarda qalmış müəllimlərin aqibəti necə olacaq? Həmin namizədlər hansı şərtlər əsasında işə qəbul oluna bilərlər?

 

AzEdu.az xəbər verir ki, “Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, həmin müəllimlərin işlə təmin olunması mümkündür.

 

Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlər müddətli müqavilə ilə işə qəbul oluna bilirlər. Bu proses Elm və Təhsil Nazirliyi tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşmiş qaydada həyata keçirilir.

 

MİQ müsabiqəsinin nəticələrinə əsasən, müddətli müqavilə ilə işə qəbul edilmiş müəllimlər mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul edilmiş hesab olunurlar.

Bu ölkələr Ermənistanı silahlandırmağa başladı
Son xəbərlərDaha çox