Azedu.az

Məşhur yarışda 5 min manat qazanan müəllim vəfat edib

30 İyun 2023, 21:46
Məşhur yarışda 5 min manat qazanan müəllim vəfat edib

Şabran şəhər, Tofiq Abbasov adına 1 nömrəli məktəbin tarix müəllimi, jurnalist Rəna Məmmədova vəfat edib.

 

AzEdu.az xəbər verir ki, Rəna Məmmədova bu gün dünyasını dəyişib. Bildirilir ki, müəllimə 2-3 gün olar ki, xəstəxanada müalicə alırmış. Onun təzyiqinin qalxdığı və komaya düşdüyü bildirilir.

 

Qeyd edək ki, bir müddət əvvəl Rəna Məmmədova İTV-də yayımlanan "Milyonların şousu"nda iştirak etmiş, 5 min manat qazanmışdı.

Bu ölkələr Ermənistanı silahlandırmağa başladı
Son xəbərlərDaha çox