Bakı şəhəri Suraxanı rayonu 281 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikatlaşdırma imtahanından uğurla keçiblər.
Bu barədə AzEdu.az-a açıqlama verən həmin məktəbin müəllimi, Qarabağ qazisi Vaqif Əlisoy bildirib ki, təhsil ocağı sertifikatlaşdırma imtahandan uğurla keçən müəllimləri ilə qürur duyur:
"Sertifikatlaşdırma imtahanından uğurla keçən bütün müəllmlərimizi təbrik edirəm. Qürurluyam, ona görə ki, qizım Leyla da imtahanda uğur qazananların arasındadır. Şəxsən metodbirləşmə sədri Xalidə xanımı, bacı bildiyim Xətayini, qızım kimi dəyər verdiyim Zərövşən xanımı təbrik edirəm. V.Mirzəliyev adına məktəbin direktoru D.Əliyevi, direktor müavinləri İlham müəllimi, Aqşın müaəllimi, Gültəkin müəlliməni və Arzu müəlliməni də təbrik edirəm. Məktəb tək təlim verməklə kifayətlənməməlidir, eyni zamanda vətəndaş yetişdirməlidir. Bu mənada V.Mirzəliyev adına 281 saylı məktəb bütün məktəblərə örnəkdir".
Vaqif Əlisoyun sözlərinə görə, 1988-dən başlayan Vətən savaşında bu məktəb Cəbrayıl alayına himayədarlıq edib: "Bu məktəbin kollektivi dəfələrlə Cəbrayılda olub. Tale elə gətirdi ki, mənim birinci savaşdan sonra taleyim də bu məktəblə bağlandı. Bu məktəblə qürur duyuram!".