Bu gün Azərbaycan dili və ədəbiyyat fənni üzrə sertifikasiya imtahanları keçirilir. İmtahan prosesi ölkənin bir çox ərazisində təşkil olunub.
AzEdu.az-ın əməkdaşları Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilən I növbə sertifikasiya imtahanlarını müşahidə ediblər. Müəllimlərin təssüratlarını öyrənməklə yanaşı, onların ailə üzvləri və şagirdləri ilə həmsöhbət olublar.
9 yaşlı Aynur danışır: “Anamı gözləyirəm. Bura ailəmizlə birlikdə gəlmişik. Anam çox çalışıb. Hamımız ondan yaxşı nəticə gözləyirik”.
Qaradağ rayonu, 228 nömrəli məktəbin şagirdləri Zeynəb Paşazadə və Gülnaz Məmmədova müəllimlərini dəstəkləməyə gəliblər:
"Müəllimimiz dəstəkləmək üçün gəlmişik. Onun xəbəri yoxdur. Sürpriz edəcəyik. Yüksək nəticə gözləyirik”.