Müəllimlərin sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsi davam edir.
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata əsasən, sertifikasiyanın üçüncü gününün rekord nəticəsi Zaqatala rayonu Muxax 3 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Gülgəz Süleymanovaya məxsusdur.
O, sertifikasiya imtahanının test mərhələsindən 59 bal toplayıb.