Təhsil ictimaiyyəti müəllimlərin sertifikatlaşdırılması prosesini müzakirə edir.
İyunun 20-də sertifikatlaşdırılma prosesinin test imtahan mərhələsinin ilk günündə birinci seans başa çatıb.
Qeyd edək ki, 20-23 iyun tarixlərində ölkə üzrə 20 minə yaxın ibtidai sinif müəllimi, 24 iyun tarixində isə 8500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi sertifikasiyanın test imtahanı mərhələsinə cəlb olunacaq.
AzEdu.az-ın xəbərinə görə, respublika üzrə ilk günün birinci seansının ən yüksək nəticəsi 59 bal olub.
Nəticənin sahibi Şəki rayonu Çeşməli kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Bəkirova Aygün Kərəm qızıdır.