“60 yaşdan yuxarı müəllimlər üçün sertifikasiya imtahanında könüllü iştirakı ilə bağlı təklif qərarı təsdiqləndiyi təqdirdə həmin şəxslərə görə ayrıca imtahan qrafiki təşkil ediləcək”.
AzEdu.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Təhsil İnstitutunun Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.
O qeyd edib ki, həmin qrafik çərçivəsində test imtahanı və müsahibə imtahanı olacaq.
Xatırladaq ki, indiki müddətdə həmin şəxslərin imtahanda iştirakı ləğv edilib.