Azedu.az

Şuşa məktəbinin məzunları üçün "Son zəng" çalınıb

Məktəblər

Müəllimlər və elm adamları

Tələbə və şagird

14 İyun 2023, 14:33
Şuşa məktəbinin məzunları üçün
İyunun 14-də Şuşa rayonu Malıbəyli kəndi 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.
 
 
AzEdu.az xəbər verir ki, “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 
 
Məktəbin direktoru Vüqar Quliyev məzunları təbrik edib, rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb.
 
 
V.Quliyev məktəbdə ümumilikdə 1 282 şagirdin təhsil aldığını, onlardan 90 nəfərin bu il məzun adını qazandığını bildirib. Çıxış edənlər onbirinciləri təbrik edib, ölkəmizin yeni cəmiyyət quruculuğunda ən ümdə məsələlərdən birinin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dünyagörüşünün formalaşdırılması olduğunu qeyd ediblər. Onlar məzunların həyatında bu gün yeni mərhələnin açıldığını xatırladaraq hər birinə uğurlar arzulayıblar.
 
 
Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam edib.
 
Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox