AzEdu.az olaraq bu layihəmiz çərçivəsində öz nəşrimiz olan "İnformatika bələdçisi" test bankı və eyni adlı nəzəriyyə kitabını Regional Təhsil idarələri üzrə xüsusi fəaliyyətinə görə seçilmiş 5 informatika müəlliminə hədiyyə edəcəyik.
Layihənin məqsədi işində fərqlənən müəllimlərin yeni dərs vəsaiti ilə pulsuz təmin olunması, onlarda dərslərə həvəsləndirmənin yüksəldilməsi, tədrisin keyfiyyətində müsbət yönümlü dəyişikliklərin hədəflənməsi, eyni zamanda Regional Təhsil İdarələrinin sosial işlərdə fəallığının artırılmasını təmin etməkdir.
Vəsaitlərin ilk göndərildiyi yer Şərqi-Zəngəzur Regional Təhsil İdarəsidir.
AzEdu.az və Şərqi-Zəngəzur Regional Təhsil İdarəsinin birlikdə təşkilatçılığı ilə Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Tədrisin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi Cəmilə Mirzəyeva tərəfindən qurumun tabeliyində olan məktəblərdən seçilmiş 5 informatika müəlliminə vəsait hədiyyə edilib. İşdə fərqlənən həmin müəllimlər aşağıdakılardır:
Laçın rayon 28 saylı tam orta məktəbin müəllimi - Səbinə Müzəffər qızı Əliyeva
Kəlbəcər r-n 108 nömrəli tam orta məktəbin müəllimi – Aytac Şirzad qızı Qəzənfərli
Qubadlı r-n H.Quliyev adına Çaytumas məktəbinin müəllimi – Zahirə Bəhlul qızı Şivəxanova
Zəngilan r-n 8 nömrəli tam orta məktəbn müəllimi – Vüsalə Fəday qızı Bayramova
Cəbrayıl r-n M.Mehdizadə adına şəhər tam orta məktəbin müəllimi – Nərgiz Məhəmmədəli qızı İslamova.
Qeyd edək ki, “İnformatika bələdçisi” 2022-ci ildə AzEdu.az təhsil portalı tərəfindən nəşr olunub. Nəzəriyyə kitabı özündə abituriyent və müəllimlərə lazım olacaq informatikaya aid məlumatları cəmləşdirir. Məlumatlar sadələşdirilmiş dildə, illüstrasiya və sxemlərlə, asan izahla, yığcam şəkildə qeyd olunub.
“İnformatika bələdçisi” test bankı isə müəllimlərin işə qəbulu, diaqnostik qiymətləndirmə, sertifikasiya imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulub.
Məlumat üçün qeyd edək ki, vəsaitlər satışdadır və rayonlara çatdırılma mövcuddur. Nəşrlərin sayı məhduddur.
“İnformatika bələdçisi” nəzəriyyə kitabı və test bankını əldə etmək istəyənlər üçün əlaqə vasitələri:
İnstagram: azedu_
Facebook: AzEdu
Whatsapp: +994 55 329 48 78