Azedu.az

Türkiyəli məktəblilər Şuşada...

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

9 İyun 2023, 14:22
Türkiyəli məktəblilər Şuşada...

Türkiyə Respublikasının Ankara şəhərinin ümumi təhsil müəssisələrinin şagird və müəllimləri, həmçinin Milli Təhsil Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.


 
Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, iyunun 8-də nümayəndə heyəti Şuşa şəhərinə səfər edib. Səfər çərçivəsində Şuşa şəhərinin tarixi-memarlıq abidələri, o cümlədən Bülbülün ev muzeyi, Yuxarı Gövhər ağa məscidi, Molla Pənah Vaqifin məqbərəsi, Şuşa qalası və Cıdır düzü ziyarət edilib.


 
Qonaqlara türk dünyasının mədəniyyəti paytaxtı elan edilmiş Şuşa şəhərində aparılan quruculuq işləri, o cümlədən təhsil müəssisələrinin tikintisi haqqında ətraflı məlumat verilib.

TƏCİLİ! Rusiyanın əraziləri VURULUR - Ardıcıl partlayışlar
Son xəbərlərDaha çox