Azedu.az

Avtobusdan düşən şagirdi maşın vurdu

Məktəblər

Müəllimlər və elm adamları

7 İyun 2023, 09:57
Avtobusdan düşən şagirdi maşın vurdu

Bakı şəhərində avtomobil məktəbli qızı vurub.

 

AzEdu.az xəbər verir ki, hadisə Parlament prospektində baş verib. 

 

Ətrafdakı insanların sözlərinə görə, 205 nömrəli marşrut avtobusunun sürücüsü nəqliyyat vasitəsini dayanacaq üçün ayrılmış zolaqdan kənarda saxlayıb. Bu zaman 99-NL-772 dövlət nömrə nişanlı “Volkswagen” markalı avtomobil avtobusu sağdan ötməyə çalışıb və marşrut avtobusundan düşən məktəbli qızı vurub. 

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə prospektdə yerləşən 20 nömrəli məktəb-liseyin qarşısında baş verib:

 

“Məktəbli vurulub və xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib”.

TƏCİLİ! Rusiyanın əraziləri VURULUR - Ardıcıl partlayışlar
Son xəbərlərDaha çox