Azedu.az

Peşə təmayüllü siniflərin sayı 600-dək artırılacaq

Məktəblər

5 İyun 2023, 13:29
Peşə təmayüllü siniflərin sayı 600-dək artırılacaq

Məktəblərdə peşə təmayüllü siniflərin əhatə dairəsi genişləndiriləcək.

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib.

Peşə təmayüllü siniflər 80 məktəbdə yaradılıb. Onların sayının 200-ə qaldırılması planlaşdırılır.

E.Əliyev deyib ki, 2026-cı ilə qədər 600 peşə təmayüllü sinifin yaradılması nəzərdə tutulub.

Peşə təmayüllü siniflərdə "Sahibkarlıq bacarıqları" məzmunlu fənnin tədris olunması planlaşdırılır.

Həmin siniflərdə sadəcə faktoloji biliklər deyil, bacarıqlara sahib olmağa köklənən fəaliyyət nəzərdə tutulub.

TƏCİLİ! Rusiyanın əraziləri VURULUR - Ardıcıl partlayışlar
Son xəbərlərDaha çox