 
                                Rusiya Dəmir Yolları 10-17 yaş arası uşaqlar üçün iyunun 1-dən dəmir yolu səfərlərinə 50% endirim tətbiq edib. 
İyunun 1-dən avqustun 31-dək şəhərlərarası qatarlara bilet alarkən də bu endirimdən istifadə edə biləcəklər. 
AzEdu.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiya daxilində, o cümlədən Krıma daşımaları həyata keçirən Grand Service Express dəmir yolu daşıyıcısı tərəfindən də uşaqlar üçün 50% endirim edilir. 10-17 yaş arası uşaqlar yalnız ikinci dərəcəli vaqonlarda bilet alarkən bu imkandan istifadə edə biləcəklər.