Azedu.az

Tələbələrin döyüldüyü qanunsuz məktəb bağlanı

Məktəblər

Xaricdə Təhsil

2 İyun 2023, 14:55
Tələbələrin döyüldüyü qanunsuz məktəb bağlanı

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Türkyönümlü "Süleymancılar" təşkilatının qeyri-qanuni islam məktəbi (mədrəsəsi) bağlanıb.

AzEdu.az saytı Rusiya KİV-inə istinadən xəbər verir ki, məktəb şəhərin mərkəzində, Voznesenski prospektində yerləşirdi.

Məktəbim tədrislə bağlı lisenziyası olmayıb. Orada əsasən MDB ölkələrindən olan müsəlman miqrantların övladları məşğul olurdu, təlim daimi yaşayış yeri ilə təmin olunmaqla tam pansionat formasında keçirilirdi. Məktəbdə fiziki cəza tətbiq olunurmuş.

Dini bölmənin rəhbərləri qanunsuz missionerlik fəaliyyətinə görə məsuliyyətə cəlb ediliblər. Tələbələrin sistemli şəkildə döyülməsi faktı üzrə də cinayət işi açılıb.

Ərdoğanın çətiri altına sığınan Zelenski Ankaradan nə istəyir?
Son xəbərlərDaha çox