Serbiyanın təhsil naziri Branko Rujiç ötən həftə ibtidai məktəbdə baş verən atışmadan sonra istefa verib. Nazirin istefasından yalnız bir gün sonra növbəti kütləvi atışma haqqında məlumat yayılıb.
AzEdu.az Reuters-ə istinadən xəbər verir ki, Ruziçin Baş nazir Ana Brnabiçə göndərdiyi istefa məktubunda qeyd edilir: “Məsuliyyətli və tərbiyəli bir şəxs, bütün dövlət vəzifələrini yerinə yetirən peşəkar, bir ata və Serbiya vətəndaşı kimi mən istefa verməklə rasional qərar qəbul etdiyimi düşünürəm”.
Hzırda Serbiya - çərşənbə günü Belqraddakı məktəbdə və cümə axşamı paytaxt yaxınlığında hər biri 8 nəfərin ölümünə səbəb olan atışmalardan sonra sonra matəm içindədir
13 yaşlı yeniyetmə və 20 yaşlı oğlan şübhəli qismində həbs edilib.