Azedu.az

DİN şagirdin narkotik satması iddialarına münasibət bildirib

Məktəblər

Maraqlı

Tələbələr

25 May 2023, 16:37
DİN şagirdin narkotik satması iddialarına münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) paytaxt ərazisində yerləşən orta məktəblərin birində şagirdin narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı yayılan iddialara münasibət bildirib.

 

AzEdu.az Reporta istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, qeyd olunan məlumat ərazi polis orqanı əməkdaşları tərəfindən tam və hərtərəfli araşdırılıb, iddialar öz təsdiqini tapmayıb.

 

"Əlavə olaraq qeyd edib ki, bu iddialar qərəzlidir, haradan və kimdən qaynaqlandığı müəyyən edilib", - DİN rəsmisi vurğulayıb.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox