Azedu.az

Qız şagirdlərlə görüş təşkil olunub

Məktəblər

Müəllimlər və elm adamları

Tələbə və şagird

25 May 2023, 13:58
Qız şagirdlərlə görüş təşkil olunub

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbər müavini Vilyam Abi Abdallah və təhsil proqramının rəhbəri Leyla Həsənovanın iştirakı ilə “Qızların STEAM və rəqəmsal bacarıqlar sahəsində karyera seçiminə dəstək” layihəsi çərçivəsində qız şagirdlərlə görüş təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, Unicef Azerbaijan ilə Azərbaycan Respublikası Elm və Təhsil NazirliyiAzərbaycan Respublikasının Təhsil İnstitutu və “STEAM Azerbaijan”ın əməkdaşlığı çərçivəsində layihə ölkənin 5 bölgəsində həyata keçirilir.

 

Bərdə, Lənkəran, Tovuz, Şirvan və Sabirabad STEAM Mərkəzində təşkil olunan proqramın əsas məqsədi qız şagirdlərin STEAM təhsili və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və bu istiqamətdə peşələrə yönəlməsi üçün əlverişli mühitin yaradılmasıdır.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox