“Kənd məktəblərində işləmək istəyən müəllimlərin sayı azdır”.
AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri Bəxtiyar Əliyev deyib.
O bildirib ki, kənddən gəlib, ali təhsil alanlar belə kənd məktəbinə qayıtmır:
“Müəllim ixtisasının nüfuzu artıb. Eyni zamanda müəllimlərin maaşı da kifayət qədər artırılır".