Dövlət İmtahan Mərkəzi (DİM) mayın 20-daə III ixtisas qrupu, 21-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının 1-ci cəhdini keçirib.
Builki qəbul imtahanlarında xarici ölkə vətəndaşları da iştirak edib.
Belə ki, III ixtisas qrupunun imtahanlarında 101 nəfər, II ixtisas qrupunun imtahanlarında isə 127 nəfər xarici ölkə vətəndaşı olan abituriyent iştirak edib. Bəs həmin abituriyentlər hansı ölkələrdən vətəndaşlarıdır?
AzEdu.az saytı bu sualla Dövlət İmtahan Mərkəzinə (DİM) müraciət üedib.
DİM-in Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə sorğumuza cavabında bildirib ki, xaricdən gələn abituriyentlərin əksəriyyətini Gürcüstan və Rusiya vətəndaşlığı olanlar təşkil edir:
“Yaz qəbul imtahanlarında iştirak etmək üçün 400-dən artıq əcnəbi abituriyent qeydiyyatdan keçib. Onların əksəriyyəti (350 nəfərdən çox) Gürcüstan və Rusiya vətəndaşlığı olanlardır. Bundan əlavə, Ukrayna, Əfqanıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Türkiyə və s. ölkələrdə vətəndaşlığı olanlar da DİM-in qəbul imtahanlarında iştirak üçün qeydiyyatdan keçib”.