Dövlət İmtahan Mərkəzi bu gün III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.
DİM-dən AzEdu.az-a verilən məlumata əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
"1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Baş verən qayda pozuntuları protokollaşdırılıb və araşdırma aparılacaq"-deyə DİM-dən bildirilib.