Azedu.az

Fənn olimpiadalarına gedən şagirdlər - buraxılış vərəqələrini çap edə bilərlər

Məktəblər

16 May 2023, 10:22
Fənn olimpiadalarına gedən şagirdlər - buraxılış vərəqələrini çap edə bilərlər

Lütfi Zadə adına məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turunun buraxılış vərəqələrinin çap edilməsi prosesinə başlanılır.

AzEdu.az xəbər verir ki, 15 maydan etibarən şagirdlər //portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən buraxılış vərəqələrini çap edə bilərlər.

Qeyd edək ki, 20 may 2023-cü il tarixində ümumtəhsil müəssisələrinin V sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq olimpiadası, VI,VII sinif şagirdləri arasında isə Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turu keçiriləcək.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox