Bir sıra abituriyent Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi buraxılış imtahanlarının nəticələri ilə bağlı apellyasiya şikayəti verib.
DİM nəticələrin təkrar yoxlanılması ilə bağlı apellyasiya müraciəti edənlərlə mərhələli şəkildə əlaqə saxlayır.
Bəs apellyasiya nəticəsisində artırılan bal abituriyentin hesabına nə zaman əlavə olunacaq?
DİM-dən AzEdu.az-a verilən məlumata əsasən, abituriyentin apellyasiyadan sonrakı nəticəsi may ayının sonuna kimi sistemə əlavə olunacaq.
Qeyd edək ki, apellyasiya komissiyasına müraciət edərkən əlaqə vasitəsi kimi "Zoom" proqramını qeyd edən şəxslərə apellyasiyanın keçiriləcəyi vaxt və müvafiq link müzakirə aparılacaq vaxtdan bir gün əvvəl ərizədə göstərilən elektron poçt ünvanına göndərilir.
"Əlaqə vasitəsi kimi “Telefon” bəndini seçən şəxslərə isə birbaşa zəng olunur. Həmin vaxt şagirdə uyğundursa, müzakirə aparılır, əks halda başqa tarix təyin olunur və həmin vaxt yenidən əlaqə saxlanılır. Nəzərinizə çatdırırıq ki, qeydiyyatdan keçən bütün şagirdlərlə mərhələli şəkildə əlaqə saxlanılır"- deyə qurumdan bildirilib.