Bu həftəsonu Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ll və lll ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının 1-ci cəhdi keçiriləcək.
Ali məktəblərə sənəd verənlər sözügedən imtahana buraxılış vərəqəsinin nə zaman DİM-in saytına yerləşdiriləcəyi barədə suallar ünvanlayırlar.
DİM-dən AzEdu.az-a verilən məlumata əsasən, 20 və 21 mayda keçiriləcək qəbul imtahanlarına buraxılış vərəqəsi bu gün DİM-in saytına yerləşdiriləcək.
lll ixtisas qrupu üzrə 1-ci cəhd imtahanı mayın 20-də, ll ixtisas qrupu üzrə 1-ci cəhd imtahanı mayın 21-də keçiriləcək.
lll ixtisas qrupu üzrə 2-ci cəhd imtahanı 8 iyul, ll ixtisas qrupu üzrə 2-ci cəhd imtahanı isə 9 iyul tarixində keçiriləcək.