Mayın 14-də Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında növbəti imtahanlar keçirib.
Bu barədə AzEdu.az-a qurumdan məlumat verilib.
Bildirilib ki, operativ qərargaha daxil olan ilkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
"Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və hazırda araşdırma aparılır"- deyə DİM-dən bildirilib.