Azedu.az

Bakıda yeniyetmə itkin düşüb

Məktəblər

9 May 2023, 10:22
Bakıda yeniyetmə itkin düşüb

Bakıda 13 yaşlı oğlan itkin düşüb.

 

AzEdu.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Rezervuar küçəsi, ev 7-də baş verib. Həmin ünvanda yaşayan Kərimli Firəngiz Tofiq qızı Xətai RPİ-nin 34-cü PŞ-nə ərizə ilə müraciət edərək, onunla birlikdə yaşayan oğlu 2010-cu il təvəllüdlü Kərimli Elmar Elnur oğlunun mayın 1-də saat 10 radələrində evdən çıxıb geri qayıtmadığını bildirib.

 

Faktla bağlı Xətai RPİ-nin 34-cü PŞ-də araşdırma aparılır.

Rusiyaya ŞOK ZƏRBƏ - Çeçenlər Ukrayna tərəfə keçdi
Son xəbərlərDaha çox