Dövlət İmtahan Mərkəzi (DİM) 5 və 12 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.
Hər iki imtahanın nəticələri də artıq məlumdur. DİM bu imtahanlarda respublika üzrə ən yüksək nəticə göstərən abituriyentlərin sayını və adlarını açıqlayıb. Onların hamısı Bakı məktəblərinin şagirdləridir.
Artıq əksər Regional Təhsil İdarəsi üzrə ən yüksək bal toplayan abituriyentlərin adını sizə təqdim etmişik.
Bəs Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əhatə etdiyi rayonlarda ən çox bal toplamış abituriyentlər kimlərdir?
AzEdu.az portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a verillən məlumata görə, buraxılış imtahanlarında paytaxt rayonları üzrə ən yüksək nəticə göstərən abituriyentlər aşağıdakı yeniyetmələrdi:
Sabunçu rayonu 169 nömrəli tam orta məktəbin şagirdi - Ləman Quliyeva - 298 bal;
***
Nəsimi rayonu Texniki-Humanitar Liseyin şagirdi - Fidan Abışova - 298 bal;
***
Nəsimi rayonu Texniki-Humanitar Liseyin şagirdi - Taliə Cəfərzadə - 298 bal;
***
Səbail rayonu 160 nömrəli Klassik Gimnaziyanın şagirdi - Nəzrin Mürşüdlü – 298 bal;
***
Xətai rayonu 287 nömrəli “Zəkalar” liseyinin şagirdi - Xədicə Orucova – 295 bal;
***
Yasamal rayonu 308 nömrəli tam orta məktəbin şagirdi - Gülüstan Mirzəyeva – 294 bal;
***
Binəqədi rayonu 182 nömrəli tam orta məktəbin şagirdi - Elmir İsmayılov – 294 bal;
***
Suraxanı rayonu 278 nömrəli tam orta məktəbin şagirdi - Gülnar Qasımova – 294 bal;
***
Suraxanı rayonu 282 nömrəli tam orta məktəbin şagirdi - Fidan Rəhimova – 294 bal;
***
Nizami rayonu 145 nömrəli tam orta məktəbin şagirdi - Aminə Maksimova – 294 bal;
***
Suraxanı rayonu 315 nömrəli tam orta məktəbin şagirdi - İbrahim Ramazanzadə - 293 bal;
***
Xətai rayonu 95 nömrəli tam orta məktəbin şagirdi - Şahlar Abbasov – 293 bal;
***
Binəqədi rayonu 149 nömrəli tam orta məktəbin şagirdi - Nuranə Ziyadzadə - 293 bal;
***
Suraxanı rayonu 226 nömrəli tam orta məktəbin şagirdi - Arzu Nəsirova – 293 bal;
***
Binəqədi rayonu 115 nömrəli tam orta məktəbin şagirdi - Fərid Mahmudlu - 292 bal;
***
Xətai rayonu 147 nömrəli Texniki-Humanitar Liseyin şagirdi - Rəsul Əhmədzadə - 292 bal;
***
Suraxanı rayonu 281 nömrəli tam orta məktəbin şagirdi - Fidan Dərvişbəyova - 292 bal;
***
Sabunçu rayonu 72 nömrəli məktəb-liseyin şagirdi - Ləman Allahverdiyeva – 292 bal.