Artıq bir neçə ildir ki, Azərbaycan məktəbliləri Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında ölkəmizi uğurla təmsil edirlər. Aprelin 30-dan mayın 7-dək Qazaxıstanın Astana şəhərində keçirilməsi nəzərdə tutulan Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında ölkəmizi 5 şagird təmsil edəcək.
Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, bilik yarışına hazırlıqla əlaqədar beynəlxalq olimpiada mərkəzində şagirdlərə il ərzində nəzəri dərslər keçirilib. Bundan əlavə, praktiki biliklərin daha dərindən mənimsənilməsi üçün UFAZ-da laboratoriya dərsləri təşkil olunub.
Qeyd edək ki, şagirdlərimizin beynəlxalq olimpiadalara hazırlıq prosesi Təhsil İnstitutu tərəfindən həyata keçirilir.