Azedu.az

Sertifikatlaşmaya dair görüşlər davam edir

Məktəblər

Müəllimlər və elm adamları

29 Aprel 2023, 10:10
Sertifikatlaşmaya dair görüşlər davam edir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində çalışan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair məlumatlandırıcı görüş keçirilib.

 

 

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, görüş zamanı sertifikatlaşdırılmanın mərhələləri, məzmunu haqqında müəllimlərə ətraflı məlumat verilib. Həmçinin sertifikatlaşdırılmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında, əməyin stimullaşdırılması və əməkhaqqının diferensiallaşdırılması tədbirlərində nəzərə alınacağı bildirilib.

 


Tədbirin sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Rusiyaya ŞOK ZƏRBƏ - Çeçenlər Ukrayna tərəfə keçdi
Son xəbərlərDaha çox