Azedu.az

AMEA prezidentinin nəvəsi saxta yolla tələbə olub? - Rəsmi CAVAB

Məktəblər

Universitetlər

27 Aprel 2023, 15:11
AMEA prezidentinin nəvəsi saxta yolla tələbə olub? - Rəsmi CAVAB

Sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəylinin nəvəsinin qeyri-qanuni yolla ali məktəb tələbəsi olması barədə xəbər yayılıb.

Xəbərdə iddia olunur ki, akademikin öz adnı daşıyan nəvəsi - İsa Səhət oğlu Həbibbəyli ali məktəbə imtahansız qəbul edilib.


AMEA-nın mətbuat xidmətindən AzEdu-ya verilən açıqlamada məsələyə münasibət bildirilib.

Qeyd olunub ki, sosial şəbəkədə yayılan və tirajlanmaqda davam edən məlumatlar yalandır.


“Həbibbəyli İsa Səhət oğlu hazırda orta məktəbin 10-cu sinif şagirdi kimi təhsilini davam etdirir”, - deyə AMEA-dan bildirilib.

 

Rusiyaya ŞOK ZƏRBƏ - Çeçenlər Ukrayna tərəfə keçdi
Son xəbərlərDaha çox