Azedu.az

İbtidai siniflərdə bir həftəlik tətil olacaq

Məktəblər

27 Aprel 2023, 10:51
İbtidai siniflərdə bir həftəlik tətil olacaq

Azərbaycanın orta məktəblərində mayın 1-dən etibarən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayacaqr.

 

AzEdu.az xəbər verir ki, tətil mayın 5-dək davam edəcək.

 

Mayın 6-sı şənbə, mayın 7-si isə bazar gününə təsadüf etdiyindən ibtidailər ardıcıl 7 gün evdə olacaqlar. İbtidai siniflər üçün mayın 8-i dərs günüdür.

 

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Rusiyaya ŞOK ZƏRBƏ - Çeçenlər Ukrayna tərəfə keçdi
Son xəbərlərDaha çox