Bəzən I sinfə qəbul üzrə müraciətlər başlayan kimi valideynlər tez qeydiyyatdan keçmək istəyir. Belə olan halda bəzi ümumi təhsil müəssisələrində uşaqların qəbulunda növbə sırası çoxalır. Bəs bu zaman uşaqların qəbulu hansı üstünlük hüququ əsasında aparılır?
AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən məsələyə aydınlıq gətirlib.
Nazirlikdən verilən məlumata görə, Bakı şəhərində yerləşən bir sıra ümumi təhsil müəssisələrində birinci sinfə onlayn qeydiyyat zamanı uşaqların məktəbə qəbulu üzrə aşağıda qeyd olunmuş üstünlük hüquqları təmin olunur: