Azedu.az

Şəhid ailələri üçün vakansiya seçiminin nəticələri AÇIQLANDI

Məktəblər

Müəllimlər və elm adamları

Məktəbə qəbul

26 Aprel 2023, 15:52
Şəhid ailələri üçün vakansiya seçiminin nəticələri AÇIQLANDI

Şəhid ailələrinin üzvləri üçün 20-25 apreldə keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçiminin nəticələri ilə tanış ola bilərlər.

 

Elektron yerləşdirmə zamanı 15 nəfər şəhid ailəsi üzvü müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.

 

Qeyd edək ki, uğur qazanan namizədlərin sənədləri yoxlanıldıqdan sonra uyğun namizədlər tutduqları vakansiyaya təyin olunacaq. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək.

Rusiyaya ŞOK ZƏRBƏ - Çeçenlər Ukrayna tərəfə keçdi
Son xəbərlərDaha çox